12 noyabr 2021-ci il tarixində Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbdə 9 noyabr–Dövlət Bayrağı və 12 noyabr–Konstitusiya Gününə həsr edilmiş müsabiqə keçirilib. Bu barədə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Yarışmada şəhər üzrə 25 ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. I yeri – 36 nömrəli tam orta məktəbin şagirdi Hadıyeva Nəzrin, II yeri – 10 nömrəli tam orta məktəbin şagirdi Ağakişiyeva Şəms, III yeri – 39 nömrəli tam orta məktəbin şagirdi Nəbiyeva Səma tutublar. Qaliblərə Baş İdarənin fəxri fərman, medal və hədiyyələri təqdim edilib.
Müsabiqə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Gənc Müəllimlər Şurası ilə birgə təşkil edilib.