Sumqayıt şəhər sakinləri səkilər olduğu halda yolun kənarı ilə getməli olurlar. Bu problem ilə oxucular Sumqayıt24-də müraciət ediblər.
17 mikrorayon ərazisində, yolun kənarında inşaat materialları piyada səkilərinin üzərinə düzülüb. Bu səbəbdən səki ilə hərəkət etmək qeyri-mümkündür.
“Taxtalar, sement kisələri və digər tikinki materialları elə düzülüb ki, məcbur olub yol ilə gedirik. Həmçinin, yolun kənarında yük maşınlarıda dayanırlar”,- sakin bildirib.