Sumqayıtda 18-ci məhəllədə su ilə təminatda illərdir ki, problemlər yaşanır. Bu haqda oranın sakinləri Sumqayıt24-ə müraciət ediblər.
Onların dediyinə görə, həmin məhəllədə iki mərtəbəli köhnə tikililər yerləşir. Onları ötən əsrin ortalarında alman əsirlər tikmişdir və buranın əsas problemi odur ki, binalarda uzun müddət borular dəyişdirilmir. Borular artıq köhnəlib və müxtəlif tullantılar ilə dolub. Bu səbəbdən evlərə günün 24 saatı su çox zəif təzyiqlə verilir.
Sakinlər əlavə ediblər ki, əraziyə su nasosu quraşdırılsa problemin bir qismi həll oluna bilər.