Sumqayıtda 20-ci mikrorayonda yolda asfaltlanma işləri aparılır

Total
0
Shares
Envato
Envato

Sumqayıtda 20-ci mikrorayonda uzun illərdir baxımsız vəziyyətdə qalan yol sakinlərin narazılığına səbəb olmuşdur. Hal-hazırda isə həmin yolda təmir-bərpa işləri başlanılıb. Bu barədə DünyaTv xəbər paylaşıb.

Bağlar və 20-ci mikrorayon ərazisini əhatə edən Şahdağ küçəsində asfaltlanma işləri aparılır. Buradan keçən 800 metr uzunluğu olan yola 4000 kv.m asfalt vurulur. Yolda işlər mərhələli şəkildə aparılacaqdır və bir neçə gün ərzində yekunlaşacaq. İşlər üçün çox sayda işçi qüvvəsi və xüsusi texnika əraziyə cəlb olunub.

Bundan öncə, 12-ci mikrorayon ərazisində məhəllədaxili yollarda asfalt örtüyü dəyişdirilib.