Sumqayıtda məktəblərə yeni internet çəkilir. Bu haqda Sumqayıt24-ə bu gün, 22 oktyabr tarixində məlumat daxil olub.
Hal-hazırda bu istiqamətdə işlər 2-ci mikrorayonda yerləşən 25 nömrəli məktəbdə aparılır. Məktəbin yaxınlığında yer qazılıb və naqillər yerin altı ilə çəkilir. Orada olan işçilər müxbirimizə bildiriblər ki, bu işlər məktəblərdə əlaqələndirməni inkişaf etdirmək üçün aparılır.