Sumqayıtda 3-cü mikrorayonun bir hissəsində qaz boruları dəyişdirilir. Bu barədə Sumqayıt24-ün müxbiri bu gün, 28 avqust tarixində bildirib.
Verilən məlumata əsasən, istismar müddəti bitmiş yeraltı borular yeni, plastik borularla əvəz olunur. İşlər artıq 2 gündür ki davam edir. Təmir prosesi yaxın günlərdə yekunlaşacaq.