Sumqayıtda döyüş sursatının aşkar edilməsi haqda “112” qaynar xəttinə məlumat daxil olub. Silah-sursat “Azərişıq” ASC tərəfindən aparılan qazıntı işləri zamanı tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi səhifəsində məlumat paylaşılıb.
Əraziyə keçirilmiş baxış zamanı FHN-nin əməkdaşları partlayış təhlükəsi olmayan, lakin döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası aşkar ediblər.
Qumbaralar pirotexniklər tərəfindən ərazidən uzaqlaşdırılıb. Axtarış zamanı ətraf ərazidə hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.