Sumqayıtda 30 tona yaxın yararsız qida məhsulları utilizasiya edilib

Total
0
Shares
Foto AQTA
Foto AQTA

Sumqayıtda 30 tona yaxın istehlaka yararsız qida məhsulları utilizasiya edilib. Bu haqda Qida Təhlükəsizliyi Agentliyi rəsmi saytında məlumat verilib.

Məlumata görə, AQTA əməkdaşlarının iştirakı ilə “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda “Sun Food” MMC-nin ümumi çəkisi 29,624.3 kq olan yarasız müxtəlif növ qida məhsulları məhv edilib.

Bundan əvvəl, həmin poliqonda “Sun Food” MMC-nin 66 ton məhsulu utilizasiya edilmişdir.