Sumqayıt şəhəri 39 nömrəli tam orta məktəbin idman meydançası baxımsız vəziyyətdədir. Bu barədə oxucular Sumqayıt24-də məlumat veriblər.
17-ci mikrorayonda yerləşən bu məktəbin stadionu uzun müddət təmir olunmur. Oxucuların sözlərinə görə, şagirdlər üçün idman dərslərində burada məşğul olamağa şərait yoxdur. Meydança tam olaraq torpaq ilə örtülüb. Stadionun tribunları da dağılmış vəziyyətdədir, futbol üçün nəzərdə tutulan darvazaların isə toru yoxdur.
Həmin problem, 37 nömrəli məktəbin idman meydançasında da müşahidə olunurdu.