Sumqayıtda 42-ci dairənin seçiciləri ilə görüş təşkil olunacaq

Total
0
Shares
YAP Sumqayıt şəhər təşkilatının Facebook səhifəsindən
YAP Sumqayıt şəhər təşkilatının Facebook səhifəsindən

Sumqayıtda 42-ci dairənin seçiciləri ilə görüş keçiriləcək. Bunu deputat Tahir Mirkişili şəxsi Facebook səhifəsində bildirib.

Qəbul və görüş 29 noyabr 11:00-dan başlayaraq Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının qərargahında (6-cı mikrorayon) baş tutacaq.

Maraqlanan vətəndaşlardan qəbula yazılmaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə etmələri xahiş edilir:

e-mail: [email protected]

Telefon: (051) 520-22-11