Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Xəmsə” Milli intellektual oyunu yekunlaşıb. Bu haqda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
32 məktəbi təmsil edən komandaların iştirak etdiyi bilik yarışı 6 mərhələdə keçirilib və ümumilikdə 160 şagird mübarizəyə qatılıb.
Finalda mübarizə aparan komandalardan: Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “HOST” komandası 1-ci, 23 saylı tam orta məktəbin “Zəfər” komandası 2-ci, 37 saylı orta məktəbin “Dəmir yumruq” komandası 3-cü və 22 saylı orta məktəbin eyni adlı komandası isə 4-cü yerlərə layiq görülüblər. Qalib komandalar kubok, diplom, medal və hədiyyələr ilə təltif olunublar.
Qeyd edək ki, 14 oktyabrdan başlayan yarışın A qrupunda baş tutan oyunlar barədə xəbər vermişdik.