Sumqayıtın Nəriman Nərimanov küçəsində aparılan asfaltlanma işlərindən sonra piyadalar üçün nəzərdə tutulmuş zolağ çəkilməyib.
Piyadalar 5-ci mikrorayon və 45-ci məhəllə arasında yerləşən (“əyri dom”la uzbəüz, həmçinin “Dom pioner” lə üzbəüz) yolu keçərkən təhlükə ilə üzləşirlər. Burada təmir-bərpa işləri aparılana qədər piyada zolağı var idi. Lakin indi piyada keçidi lövhəsi olsa da, piyada zolağı yoxdur.