Sumqayıtda 5 mənzildən oğurluq edən qadın saxlanılıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda evlərdən silsilə oğurluq edən qadın saxlanılıb. Bu haqda, bu gün 20 sentyabr tarixində Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Keçirilən tədbirlər nəticəsində Nərminə Məmmədovanın bu ilin əvvəlindən qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi məlum olub. O, əvvəlcədən açarların surətlərini çıxarıb, daha sonra isə ev sahiblərinin evdə olmadığı vaxt evləri qarət edirdi.

“Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib”,- DİN-in mətbuat xidmətindən bildirilib.

Məmmədova ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib. Faktla bağlı araşdırma davam edir.