Sumqayıtda 8-ci mikrorayon ərazisində binaların altı ilə çirkab sular axır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 8-ci mikrorayon, 17 nömrəli məktəbin və 24/7, 29/18b yaşayış binalarının yaxınlığında kanalizasiya problemi yaşanır.

Sumqayıt24-ə daxil olan məlumata əsasən, ərazi boyunca, yaşayış binaların altı ilə yeraltı borudan çıxan çirkab sular axır. Ətrafı bürüyən pis qoxu üzundən məktəbə gedən şagirdlər həmin yerdən keçməyə çəkinirlər. Həmçinin, bu səbəbdən yerli sakinlər pəncərələri açıq saxlamamağa üstünlük verirlər.