Sumqayıtda 9-cu mikrorayon ərazisində kanalizasiya boruları yenilənir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda Bədəlbəyli və Bakı küçələrinin kəsişməsində kanalizasiya boruları dəyişdirilir. Bu haqda bu gün, 30 avqust tarixində Sumqayıt24-ün müxbiri məlumat verib

9-cu mikrorayon ərazisində yerləşən Lüdviqshafen (alman) parkının önündə ki yolda yeraltı boruların dəyişdirilməsi səbəbindən bir tərəfli avtomobil hərəkəti məhdudlaşdırılıb. Sürücülər yolun əks istiqaməti ilə hərəkət edirlər.

İşçilərin sözlərinə görə təmir işləri 1 həftə ərzində yekunlaşacaq və yolda ki hərəkət bərpa olunacaq.

Bundan əlavə, Sumqayıtda 3-cü mikrorayonun bir hissəsində istismar müddəti bitmiş yeraltı borular yeni, plastik borularla əvəz olunub.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir