Sumqayıtda Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Total
0
Shares
Foto Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi
Foto Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi

Sumqayıt şəhərində 27 oktyabr tarixində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Ələsgərəm hər elmdən halıyam” adlı tədbir keçirilib. Bu bərədə Heydər Əliyev mərkəzi məlumat yayıb.

Tədbirdə yazıçı, kulturoloq, ssenarist Hafiz Ataxanlı sənətkarın zəngin poetik irsi, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığından danışdı.

Tədbirdə Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsi tərəfindən hazırlanmış videoçarx göstərilib. Həmçinin, 14 nömrəli tam orta məktəbin şagirdləri Aşıq Ələsgərin yaradıcılığından şeirlər səsləndiriblər.

 

Foto Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi
Foto Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi