Sumqayıtda Bulvar ərazisində 33 yaşlı İlkin İbişova bıçaqla xəsarətlər yetirən şəxs saxlanılıb. Bu barədə Sumqayıt24 Azərbaycan Respublikası Baş Prokurorluğununa istinadən xəbər verir.
Prokurorluqda aparılan araşdırma zamanı, zərərçəkən şəxsin şəhər sakini 43 yaşlı Rahib Yunusov tərəfindən, aralarında yaranmış mübahisə nəticəsində bıçaqlanması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Şübhəli şəxs tutularaq istintaqa cəlb olunub. Faktla bağlı, Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd etmə maddəsi ilə cinayət işi açılıb.