Sentyabrda Sumqayıtda fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyəti yoxlanılıb.
Stansiyalar vasitəsilə aparılan monitorinq zamanı 1-10 sentyabr aralığında havada hidrogen sulfidin yol verilən qatılıq həddindən 2,7, dəm qazının 1,1 dəfə, 11-20 sentyabr aralığında isə hidrogen sulfidin yol verilən qatılıq həddindən 2,5, dəm qazının isə 1,1 dəfə yüksək olduğu müəyyən edilib.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, ümumilikdə isə havanın keyfiyyəti qənaətbəxşdir. Buna səbəb isə şimal və şimal-qərb küləyinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaratması olub.