Sumqayıtda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyun keçirildi

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Sumqayıtlı yarımmüdafiəçilər Səbuhi Abdullazadə və Rüfət Abdullazadə yenidən Azərbaycan millisinin tərkibində çıxış ediblər.

Dünən Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutan qarşılaşmada millimizin oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Rüfət Abdullazadə oyunun 88-ci dəqiqəsində Vüsal Əsgərovla əvəz olundu.

Növbəti matç 12 oktyabr saat 20:30-da Xorvatiya yığmasına qarşı keçiriləcək.