Sumqayıtda Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi ilə görüş keçiriləcək

Total
0
Shares
Foto Sumqayıt Gənclər evi
Foto Sumqayıt Gənclər evi

Sumqayıt Gənclər evində (SGE) 18 noyabr saat 16:00-da Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu ilə görüş keçiriləcək. Bu barədə SGE məlumat yayıb.

Gənclər evinin təşkilatçılığı ilə keçirilən görüşə qoşulmaq üçün aşağıdakı linkə daxil olun:

https://chat.whatsapp.com/BmZClt3UbFD6PZ6XAvmjHv

Vəziroğlu “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir.