17 noyabr saat 12:00-da Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdə XXVIII Afina Yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Fuad Aslanovla görüş keçiriləcək.
“Çempionumuz” layihəsi çərçivəsində baş tutan görüşdə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi məktəblilərlə həmsöhbət olub, onları maraqlandıran suallara cavab verəcək.
Fuad Aslanov “Tərəqqi” medalçısı, Beynəlxalq Dərəcəli Hakim, Azərbaycan Respublikasının Əməkdar İdman Ustasıdır.