Sumqayıtda “Azəriqaz” İB “Açıq mikrofon” aksiyası keçirəcək

Total
0
Shares
Foto Azəriqaz İB FAcebook
Foto Azəriqaz İB FAcebook

Sumqayıt şəhərində 18 noyabr tarixində “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən “Açıq mikrofon” aksiyası baş tutacaq.

İB-nin rəhbər şəxsləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 44-cü məhəllədə (“Kimyaçı” mədəniyyət sarayı) saat 11:00-dan 13:00-a qədər keçiriləcək görüşdə sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Daha öncə, 5 noyabr tarixində “Açıq mikrofon” aksiyası Novxanıda teşkil edilmişdir.