Sumqayıt şəhərində 1 nəfər azyaşlı uşaq mənzildə bağlı qapı arxasında qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi saytında məlumat yayıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları uşağı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Daha öncə, 5 avqust bir nəfər köməksiz halda bağlı qapı arxasında qalmışdır. FHN-nin əməkdaşları hadisə yerinə cataraq, zərərçəkəni halsız vəziyyətdə tapmışdılar.