Sumqayıtda bir nəfər azyaşlı xilas edilib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında bildirilib.
FHN-nin “112” qaynar xəttinə azyaşlının qapı arxasında köməksiz vəziyyətə qalması ilə bağlı məlumat verilib. Xilasedicilər dərhal çağırış ünvanına cəlb olunublar. Nəticədə uşağa yardım göstərilib və o aidiyyəti üzrə təhvil verilib.