Sumqayıtda Bakının işğaldan azad edilməsinin ildönümü qeyd ediləcək

Total
0
Shares
Foto axc.preslib.az
Foto axc.preslib.az

 

Bu gün, 15 sentyabr tarixində Sumqayıtda Bakının işğaldan azad edilməsinin 103 illiyi qeyd ediləcək. Bu haqda Müdafiə Nazirliyinin saytında məlumat paylaşılıb.

Saat 10:00-da şəhərin mərkəzi küçələrində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçiriləcək.

Qafqaz İslam Ordusu 15 sentyabr 1918 ildə Sentrokaspi Diktaturasını məğlub etmişdir. Bu münasibətlə 16 sentyabr tarixində Nuru paşa, Xəlil paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin üzvləri,  Bakı və ətraf kəndlərin sakinlərinin iştirakı ilə Türk-Azərbaycan hərbi hissələrinin paradı keçirilmişdir. Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid verib.