Sumqayıtda 3 və 4 noyabr tarixlərində “Bir gün deyil, hər gün həmrəy olaq.Tarix yazaq!” şuarı altında kampaniya keçirildi. Kampaniyanın məqsədi İkinci Qarabağ müharibəsi zamanı yaralanan qazilərə dəstək göstərməkdir. Bu barədə bu gün, 4 noyabr Azərbaycan Diplomatik Akademiyası (ADA) məlumat yayıb.
Layihə çərçivəsində, 8 noyabr-Zəfər Günü ərəfəsində Sumqayıt, həmçinin Bakı və Abşeronda yaşayan 20 qazi ailəsi ziyarət edildi və onlara ərzaq məhsullarından ibarət bağlamalar təqdim olundu.
Xeyriyyə kampaniyası ADA Universiteti Fondu (ADAF), “PAŞA Bank, “Delta Qrup C.O.”MMC və ADA Könüllülər Hərəkatının dəstəyi ilə təşkil edilib. Bundan öncəki layihə Novruz bayramı ərəfəsində baş tutmuşdur.