Sumqayıtda bir nəfər halsız vəziyyətdə qapı arxasında qaldı

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda bir nəfər mənzildə köməksiz vəziyyətdə tapılıb. Bu haqda bu gün, 14 sentyabr günörta saatlarında Fövqəladə Hallar Nazirliyinin saytında məlumat paylaşılıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə zəng daxil olub. Ünvana cəlb olunan xilasetmə qüvvələri mənzilin qapısını açaraq vətəndaşı halsız vəziyyətdə aşkar ediblər.

Vətəndaş aidiyyəti üzrə təhvil verilib.