Sumqayıtda bir nəfər mənzildə bağlı qapı arxasında qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında bildirilib.
FHN-nin “112” qaynar xəttinə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı zəng daxil olub. Nəticədə, çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşa köməklik göstəriblər.