Sumqayıtda 2021-2022-ci tədris ilində birinci sinfə gedəcək uşaqların sayı məlum olub.
Sumqayıt şəhər Təhsil Şöbəsinin açıqladığı statistikaya əsasən, şəhər üzrə ümumi təhsil müəssisələrinə 6200 uşaq qəbul olub. Qeyd edək ki, bu tədris ilində qəbul elektron qaydada keçirilib.
Ümumilikdə cari tədris ilində ölkədə fəaliyyət göstərən məktəb və liseylərin birinci siniflərinə 158.608 uşaq qəbul olub. Bu isə keçən tədris ili ilə müqayisədə 6903 nəfər azdır.