Sumqayıtda Covid-19 xəstəsinə qarşı cinayət işi başlanılıb

Total
0
Shares
Envato
envato

Sumqayıtda koronavirusa yoluxmuş şəxs yaşayış yerini tərk etdiyi üçün saxlanılıb. Hadisə bu gün, 17 avqust tarixində baş verib.

Şəhər sakini 35 yaşlı Mehdi Şərifovda koronavirus aşkarlandığı üçün ona ev şəraitində müalicə təyin edilmişdir. Lakin o karantin qaydalarını pozaraq yaşadığı yeri tərk etmişdir. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Şərifov yaşadığı ünvana qaytarılıb.

Onun barədə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir