Bu gün, 26 oktyabr tarixində şəhid əsgər Xalid Hassanın doğum günüdür. O, 1995-ci ildə Sumqayıt şəhərində dünyaya gözünü açmışdır.
Əslən Misirli olan şəhidimiz 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. “Vətən müharibəsi”nə könüllü gedən Hassan Suqovuşanın azadlığı uğrunda, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə vuruşub. O, noyabrın 4-də Ağdərədə şəhidlik zirvəsinə ucalıb.
Xalid Hassan ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.