Sumqayıtda əsən güclü külək ağacı gövdəsindən qırıb. Bu barədə bu gün, 16 noyabr tarixində Sumqayıt24-də məlumat daxil olub.
Hadisə 4-cü mikrorayonda, 7 saylı yataqxananın önündə baş verib. Sınan ağac qarajın önünü kəsib. Xəsarət alan yoxdur.
Daha öncə, 11 noyabr tarixində şəhərin mərkəzi küçələrindən biri olan Sülh küçəsində axşam saatlarında iri gövdəli ağaclar kökündən qırılmışdır.