Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhərində keçirdiyi nəzarət tədbirləri çərçivəsində iaşə obyektlərində yoxlamalar keçirib. Bu barədə, bu gün 1 oktyabr tarixində AQTA-nin saytında məlumat paylaşılıb.
Monitorinq zamanı Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Qələndərov Namiq Abbas oğluna məxsus dönər evində karantin qaydalarının pozulması faktı qeydə alınıb. Nəticədə, obyekt sahibinə qarşı aşkar edilmiş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb.
Bundan əvvəl, “Mutlu” dönər evində keçirilən monitorinq barəsində məlumat vermişdik.