Sumqayıt şəhərində park baxımsız vəziyyətdədir. Bu problem ilə sakinlər Sumqayıt24-də müraciət ediblər.
Fərrux ağa Qayıbovun adına olan park H. Z. Tağıyev qəsəbəsində yerləşir. Burada Qayıbovun xatirəsinə tikilən bulaq uzun müddət təmir olunmur. Parkın ərazisində olan oturacaqlar qırılıb. Piyadalar üçün nəzərdə tutular səkilərdə daşlar sınıb. Həmçinin, parkda yığılan tullantılar aparılmır.
“Heyifdi parkdan. Uşaqla rahat gəlib gəzə bilmirik. Çünki orası sınıb, burası dağılıb. Qorxuruq ki, ayağı bu daşlarda burxular, yıxılar”, -deyə sakin bildirib.
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. O, Azərbaycanın ilk hərbi təyyarəçisi idi. 25 yaşlı Qayıbov azərbaycanlılardan birinci olaraq hərbi təyyarəçi peşəsini məharətlə öyrənmişdi.