Sumqayıt şəhərində 41-ci məhəllədə yerləşən 4 nömrəli yataqxananın təmirə ehtiyacı var. Bu barədə Suqmayıt24-ə yataqxana sakinləri məlumat verib.
“Kanalizasiya xətləri sıradan çıxıb. Mətbəxə, ayaq yoluna, hamama tavandan su damır. Bu səbəbdən bütün divarlar tökülür. Bu vəziyyətdə yaşamaq günü gündən çətinləşir”,- sakinlərin biri bildirib.
Həmçinin, binanın zirzəmisi çirkab suları ilə doludur. Bu səbəbdən, xoşagəlməz qoxu ətrafı bürüyüb.
Şəhərin 42-ci məhəlləsində yerləşən yataqxana qəzalı vəziyyətdədir.