Sumqayıt şəhərində 2 saylı yataqxananın kanalizasiya xəttində yaranmış problem həllini tapdı. Bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Kimyaçılar qəsəbəsində yerləşən yataqxananın önündə yer qazılıb. Oradan keçən yeraltı kanalizasiya xəttinin boruları yeniləri ilə əvəz edilib.
Daha öncə, 10 oktyabr tarixində həmin xətt tutulmuşdur, əraziyə gələn Sukanal İdarəsinin əməkdaşları quyuların bir neçəsini açıb və təmizləmişdirlər.