Sumqayıtda daha bir yolun təmirə ehtiyacı var

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərində daha bir qəsəbənin yol örtüyü dağılmış vəziyyətdədir. Bu haqda bu gün, 20 noyabr tarixində Sumqayıt24-də Təzə Corat qəsəbə sakinləri məlumat verib.

Əldə edilən məlumata əsasən, Zəminə Həsənova küçəsi uzun mütdət təmir olunmur. Yolda çoxlu sayda çöküntü yaranıb.

“Yolda gördüyünüz bu çuxurlar yağış yağan kimi su ilə dolur. Nə maşın rahat yolunu gedə bilir, nə də piyada. Hər dəfə üst-başımız palçıq gedib işimizə çatırıq”,- qəsəbə sakini bildirib.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24