Sumqayıtda daha bir yolun təmirə ehtiyacı var

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərində daha bir yol sürücülər üçün təhlükə mənbəyinə çevirilib. Bu haqda bu gün, 18 noyabr tarixində Corat qəsəbəsinin sakinləri Sumqayıt24-də məlumat verib.

Huseyn Arif küçəsində asfalt örtüyü uzun müddət yenilənmir. Yolda çoxlu sayda çöküntülər yaranıb. Sakinlərin sözlərinə görə, artıq neçə avtomobil bu çöküntülərə düşərək maddi zərər görüblər.

“Yolun pis vəziyyətdə olması həm sürücülər, həmdə sakinlər üçün problem yaşadır. Maşınlar məcbur olub yolun kənarı ilə getməli olurlar. Bu isə piyadalar üçün təhlükəlidir. Hələ yağış yağanda, bura lap keçilməz olur”, – deyə sakin bildirib.

Foto Sumqayıt24
Foto Sumqayıt24Foto Sumqayıt24