Sumqayıtın 10-cu mikrorayonunda yerləşən binanın zirzəmisi baxımsız vəziyyətdədir. Bu barədə Sumqayıt24-ün oxucuları məlumat verib.
“Zirzəmi uzun müddətdir ki, su içindədir. Antisanitar vəziyyət hökm sürür. Bloka daxil olduqda ağır qoxu hiss olunur. Həmin iy evimizə dolur”,- 27-ci binanın sakinləri bildirdi.
Həmçinin, Sumqayıtda 16-cı məhəllədə yerləşən zirzəmidə uzun müddətdir təmir işləri aparılmır.