Sumqayıtda deputat seçiciləri qəbul edib

Total
0
Shares
Foto eminhaciyevofficial Facebook
Foto eminhaciyevofficial Facebook

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Emin Hacıyev seçiciləri qəbul edib. Bu haqda Oxu.az xəbər paylaşıb.

7 və 9 sentyabr tarixlərində keçirilən qəbulda deputat fərdi qaydada vətəndaşların müraciət və təkliflərini dinləyib. Seçicilər işlə təminat, sağlamlıq ilə bağlı müraciətlər ediblər. Problemlərin bir hissəsi yerindəcə həllini tapıb, digərlərinin həlli üçün isə aidiyyəti qurumlarla əlaqə yaradılıb.