YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Milli Məclisin deputatları Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin könüllüləri ilə görüşüblər.
Tədbirdə Hicran Hüseynova və Emin Hacıyev “Gənclərin və Könüllülük fəaliyyətinin dövlət və ictimai işlərdə rolu” mövzusunda çıxış ediblər. Deputatlar bu görüşdə gənclərin Vətən Müharibəsi zamanı arxa cəbhədə informasiya müharibəsinin döyüşçüləri kimi Ermənistanın təxribat və yalan kampaniyalarının qarşısının alınmasında fəal iştirak etdiklərini bildirdilər və onların sosial şəbəkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda daha fəal olmağa çağırdılar.
Görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, sonda xatirə fotosu çəkdirildi.