Sumqayıtda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Bu gün, 7 oktyabr tarixində Dünya TV-nin yaydığı məlumata əsasən, şəhərin 45-ci məhəlləsində yerləşən binaların girişləri, pilləkənləri və tutacaqları xüsusi məhlullarla yuyulub. Məhəllədə olan oturacaqlar və uşaq yelləncəkləri dezinfeksiya edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları gündəlik olaraq şəhərin küçə və prospektlərində dezinfeksiya işləri aparırlar.
Daha öncə, Sumqayıt şəhərində 4 noyabr tarixində tibbi-profilaktik tədbrilər keçirilmişdir.