Sumqayıtda geniş miqyaslı tibbi-profilaktik tədbirlər görülür. Dezinfeksiya işləri həm Covid-19 infeksiyası ilə əlaqəli, həm də mövsümi xəstəliklərin profilaktikası üçün aparılıb. Bu barədə AzTV məlumat yayıb.
Dezinfeksiya işləri əhalinin daha çox toplaşdığı məkanlarda keçirilib. Məktəb və məktəbəqədər müəssisələr, həmçinin yataqxanalar dərman vasitəsi ilə emal olunub.
Sumqayıt şəhər dezinfeksiya stansiyasının baş həkimi Xavər Vəliyevanın sözlərinə görə, təhsil müəssisələrində dezinfeksiya prosesləri şagirdlər evə getdikdən sonra həyata keçirilir. Yataqxanalarda isə bu tədbirlər insanların sıx məskunlaşdığı yerlərdə görülür.
Daha öncə, Sumqayıtda 30 sentyabr tarixində də dezinfeksiya işləri keçirilmişdir.