Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə bu gün, 4 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, hadisə binanın səkkizinci mərtəbəsində, ümumi sahəsi 70 kv.m olan mənzildə qeydə alınıb. Mənzilin eyvanında 3 kv.m sahədə taxta qırıntıları və 1 ədəd məişət avadanlığı yanıb.

Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğını söndürüb, mənzilin digər hissəsi isə yanğından mühafizə olunub.