Sumqayıtda “Elmarın kruqu” kimi tanınan ərazidə piyadalar üçün səkilər yoxdur

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın Koroğlu və Niyazi küçələrinin kəsişməsində səkilər yoxdur. Bu haqda Sumqayıt24-ün oxucuları bildirib.

47-ci kvartal, “Elmarın kruqu” kimi tanınan ərazinin bir hissəsində səkilərin olmaması piyadaların rahat hərəkət etməsinə manə olur. Sakinlər yolun hərəkət hissəsi ilə getməli olurlar.

“Elmarın kruqu deyilən, 47-ci kvartal tərəfdən kranlar dayanan hissədə səki olmaması üzündən piyadalar yolun içi ilə, yəni kruqda hərəkət edir. Çox qorxulu yoldur. Həm piyadalar, həm də sürücülər üçün təhlükə yarada bilər”,- oxuculardan biri narazılığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir