Sumqayıtda koronavirus xəstəsi qanunsuz olaraq yaşayış yerini tərk edib. Bu haqda DünyaTV xəbər yayıb.
Məlumata əsasən, 5-ci mikrorayon sakini 22 yaşlı Ədalət Bayramov özünütəcrid qaydasına uymayaraq evini tərk edib, lakin çox uzağa getmədən polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla profilaktik söhbətlər aparılıb. Bayramov etdiyi əməlin səhv olduğunu etiraf edib.
Vətəndaş polis əməkdaşları tərəfindən yaşadığı mənzilə geri qaytarılıb.