Sumqayıtda fəaliyyət göstərən kafedə kobud nöqsanlar aşkarlanıb

Total
0
Shares
Foto AQTA saytından
Foto AQTA saytından

Sumqayıtda keçirilən monitorinq zamanı ictimai iaşə obyektlərdən birində nöqsanlar aşkarlanıb. Bu haqda Qida Təhlükəsizliyi Agentliyinin saytında bildirilib.

Məlumata görə, İbrahim Sadıqova məxsus 9-cu mikrorayon ərasizində yerləşən “Xan bağı” kafesində aparılan yoxlanış zamanı orada qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktı qeydə alınıb. Bu səbəbdən kafenin sahibinə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bir neçə gün əvvəl, Sumqayıtın Kimyaçılar qəsəbəsində çörəkbişirmə sexində kobud nöqsanlar aşkarlandığı üçün obyektin fəaliyyəti dayandırılmışdır.