Sumqayıtda fəaliyyət göstərən 4 məktəbə şəhid – qəhrəmanların adı verilib. Bu haqda Sumqayıt24 Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir.
Prezidentin tapşırığı ilə:
Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə burada oxumuş “Azərbaycanın Milli Qəhrəmanı” Polad İsrayıl oğlu Həşimovun;
Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Adil Asəm oğlu İbrahimlinin;
Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Mehman oğlu Şükürovun;
Müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbinə isə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Faiq Qaçay oğlu Qasımovun adı verilib.
Qeyd edək ki, Təhsil və Mədəniyyət Nazirliklərinə, həmçinin aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu qərardan irəli gələn məsələlərin həll edilməsinə dair göstəriş verilib.