Sumqayıtda Füzuli rayonunun işğaldan azad olunmasına həsr olunmuş elmi-praktiki konfrans baş tutub. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı məlumat yayıb.
YAP və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkil etdiyi tədbirin başlanğıcında Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Füzuli özünümüdafiə taborunun komandiri, “Azərbaycan Bayrağı” ordeninin sahibi Zahir Həsənov Füzulinin azad olunmasından danışıb. O, I və II Qarabağ döyüşlərinin iştirakçısı və Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin müəllimidir.
Həmçinin, konfransda 44 günlük müharibə iştirakçısı Orxan Quliyev Füzulinin azad olunmasından söz açmış, gənclərlə döyüş təəssüratlarını bölüşmüşdür.
Daha sonra, tədbirdə iştirak edən Sumqayıt şəhər 33 saylı orta məktəbin 1″c” sinif şagirdləri şeirlər səsləndirdilər.