“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda “Foodini” MMC-nin qida məhsulları məhv edilib. Bu haqda bu gün, 18 noyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, “Foodini” MMC-nin 3,6 tondan artıq istehlaka və istifadəyə yararsız, müddəti bitmiş qida məhsulu utilizasiya edilib.
Daha öncə, poliqonda “Sun Food” MMC tərəfindən istehsal edilən 60 tondan çox məhsul utilizasiya edilmişdir.